Lotoreyadan 6 milyon uddu, bir il ailəsindən gizlətdibackend

Lotoreyadan 6 milyon uddu, bir il ailəsindən gizlətdi

Kanadada yaşayan Bon Trounq ötən ilin oktyabrında lotoreyadan 6 milyon dollar qazansa da, 10 aydır bunu ailəsindən gizlədib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən il lotoreya bileti alan və qalib gələn Trounq udduğu cek-potu xanımından və 3 uşağından gizli saxlamaq qərarına gəlib. Vyetnamlı Bonun bunu gizlətməkdə başlıca səbəbi isə arvadının işləməkdən boyun qaçıracağından qorxması olub.

10 ay 6 milyonluq lotoreyanı gizlədən Trounq məbləğin “yanacağından” qorxduğu üçün sonda pulunu almaq qərarına gəlib. Bon təntənəli surətdə 6 milyonluq sertifikat təqdim olunub. O bildirib ki, bu pulun bir qismini evə, istirahətə xərcləyəcək, digər qismini isə ehtiyat saxlayacaq. Bon bundan sonra da landşaft dizayneri kimi işinə davam edəcəyini söyləyib.

Trounqun ailəsinin bu xəbərə necə reaksiya verməsi isə məlum deyil.

Hokm.az

  •  (0)
  •  (0)