“Location”dakı partlayışdan sonra bu gecə klubu da bağlandıbackend

“Location”dakı partlayışdan sonra bu gecə klubu da bağlandı

“Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus “The Place” gecə klubu da bağlanıb.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən iaişə obyekti 3 gündür ki, fəaliyyət göstərmir.Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalıb.

Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place”nin əməkdaşları da olub.

Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyytə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.

  •  (0)
  •  (0)