“Liverpul”da ciddi itki – Dekabradək oynamayacaqbackend

“Liverpul”da ciddi itki – Dekabradək oynamayacaq

“Liverpul”un futbolçusu Trent Aleksandr Arnold zədələnib.

Hokm.az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Premyer liqanın 8-ci turunda “Mançester Siti” ilə matçda (1:1) xəsarət alıb. Tibbi müayinədən sonra ingiltərəli oyunçunun dekabr ayınadək yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Beləliklə, Arnold Premyer Liqada “Lester” və “Brayton”, Çempionlar Liqasında isə “Atalanta” ilə görüşləri buraxacaq.  Onun “Ayaks” (ÇL) və “Vulverhempton”la (İPL) matçlarda iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, Arnold 2016-cı ildən “Liverpul”da çıxış edir.

  •  (0)
  •  (0)