Litva və Latviya XİN rəhbərlərindən Qarabağ döyüşlərinə REAKSİYAbackend

Litva və Latviya XİN rəhbərlərindən Qarabağ döyüşlərinə REAKSİYA

Litva və Latviyanın Xarici işlər nazirləri Linas Linkyaviçyus və Edqars Rinkeviçs Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar narahatlıqlarını ifadə edib.

Hokm.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlər öz “Twitter” səhifələrində yazıb.

Litvalı nazir iki ölkə həyəcanlı hadisələri diqqətlə izlədiklərini yazıb: “Mən qətiyyətlə gərginliyin azaldılmasına çağırıram. Sülh yolu yeganə mümkün həll yoludur”.

Latviya Xarici işlər naziri də Dağlıq Qarabağda qoşunların təmas xəttində həyəcan doğuran hadisələrin baş verdiyini vurğulayıb: “Mən Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa və mövcud vəziyyəti siyasi dialoq yolu ilə tənzimləməyə çağırıram”.

  •  (1)
  •  (2)