Leyla Güləliyeva baş direktor təyin olundubackend

Leyla Güləliyeva baş direktor təyin olundu

“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olunub.

Hokm.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sənədə əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri “Report”a təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

  •  (1)
  •  (1)