Leyla Abdullayeva: “Ermənistan azərbaycanlıların girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”backend

Leyla Abdullayeva: “Ermənistan azərbaycanlıların girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”

“Azərbaycan hökuməti Birinci Qarabağ Müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”. 

Hokm.az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda deyib.

O bildirib ki, Ermənistanın aqressiyası nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb.

“Ermənistan təcavüz nəticəsində azərbaycanlıların əsir və girov götürülməsi təcrübəsindən geniş şəkildə istifadə edib”,- deyə o əlavə edib.

  •  (0)
  •  (0)