Levon Ter-Petrosyandır: “Hər şey bitdi, həm İlham Əliyev, həm də Türkiyə ilə razılığa gəlməliyik”backend

Levon Ter-Petrosyandır: “Hər şey bitdi, həm İlham Əliyev, həm də Türkiyə ilə razılığa gəlməliyik”

“İndi Əliyevdən heç bir təhlükə gəlmir”.

Hokm.az konkret.az-a istinadla xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyandır. O, Ermənistanın İctimai Televiziya kanalına müsahibə verib.

Dünən Şuşada imzalanan tarixi Bəyannamədən sonra Petrosyan maraqlı açıqlama ilə gündəmə gəlib. O deyib:

“Sülh hökm sürür, Rusiya qoşunları mövcuddur, Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, amma biz zamanla həm Əliyev həm də Türkiyə ilə razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz” – deyə Petrosyan vurğulayıb

Petrosyan həmçinin bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və heç kim onu qınamadı: “Bu dünyanın qanunu belədir. Bizi Qarabağın, Azərbaycanın bir hissəsi olduğuna razılaşmağa məcbur edəcəklər. Artıq heç nə Ermənistandan asılı deyil, hər şey bitdi.” – Petrosyan əlavə edib.

  •  (0)
  •  (0)