Lerik sakini Kəmaləddin Heydərovdan atasına ŞİKAYƏT ETDİbackend

Lerik sakini Kəmaləddin Heydərovdan atasına ŞİKAYƏT ETDİ

Lerik rayonu Piran kənd sakini Bayramov Ərəstun Mirələm oğlu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərova müraciət ünvanlayıb. Müraciətin bir surətini də AFN-in redaksiyasına göndərən vətəndaş fövqəladə hallar naziri Kəmaləddin Heydərovun onun probleminə biganə yanaşdığını bildirir və F.Heydərovdan xahiş edir ki, oğluna ona dəstək göstərməsi üçün “ağız açsın”.

Vətəndaşın müraciətini yüngül redaktələrlə təqdim edirik:

Lerik rayonu Piran kəndində fərdi yaşayış evim var və hazırda öz ailəmlə o evdə yaşayıram. 12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. Bununla bağlı fövqaladə hallar naziri, oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik. Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirdi ki, “fərdi yaşayış evin bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Bu məqsəd üçün vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq”.

Lerik sakini Kəmaləddin Heydərovdan atasına

Çox hörmətli ağsaqqalımız! Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm və ümidvaram ki, səsimə səs verib mənə köməklik göstərərsiz. Hazırda evim tamamilə yararsız hala düşüb, yaşamaq mümkün deyil, belə getsə divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək. Evimin isə bərpası münkün deyil. Bu acınacaqlı şəraitdə üç ailə bir yerdə yaşayırıq. Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz, bizim bu acınacaqlı vəziyətimiz haqqında ona danışıb məni iki ildən artıq süründürməyə salan məmurların və bu barədə Kəmaləddin müəllimə deməyən işçilərin əlindən qurtararsız”.

Hokm.az

  •  (2)
  •  (1)