Lənkəranda motosiklet yük avtomobili ilə toqquşddu – Sürücü öldübackend

Lənkəranda motosiklet yük avtomobili ilə toqquşddu – Sürücü öldü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadənin idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədov hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)