Lənkəranda faciəvi hadisə – 21 yaşlı oğlan öldübackend

Lənkəranda faciəvi hadisə – 21 yaşlı oğlan öldü

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, Lənkəran şəhəri, Kərgəlan kəndində 2000-ci il təvəllüdlü Rzayev Qadir Qəhrəman oğlunun idarə etdiyi “Mercedes” markalı, 42 BT 938 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində 21 yaşlı sürücü yerindəcə vəfat edib. Avtomobildə olan 2000-ci il təvəllüdlü sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

  •  (0)
  •  (0)