Lənkəranda evdən qadın meyiti tapılıbbackend

Lənkəranda evdən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Hokm.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Cəlalova Dilarə Fərəc qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

  •  (0)
  •  (0)