Lefkosa Kıbrısın rum icması ilə dialoqa hazır olduğunu bəyan edibbackend

Lefkosa Kıbrısın rum icması ilə dialoqa hazır olduğunu bəyan edib

Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hökuməti prezident Ersin Tatarın adanın yunan icması ilə əməkdaşlıq təşəbbüsünü tam dəstəklədiyini bildirir.

Hokm.az xəbər verir ki, müvafiq təklifin BMT kanalları vasitəsilə Kıbrısın rum icmasının administrasiyasına təqdim edilməsi planlaşdırılır.

“KKTC hökuməti Prezident Ersin Tatarın BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşdə elan etdiyi əməkdaşlıq təklifini dəstəklədiyini bildirir. Dialoq təklifi BMT-nin baş katibi Antonio Quterreşin köməyi ilə Kipr Rum lideri Nikos Anastasiadisə təqdim olunacaq”, – Baş nazir Ünal Üstel bildirib.

Baş nazir bu təşəbbüsün adanın və regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Türkiyə Cümhuriyyətinin də güclü şəkildə dəstəklədiyi bu addım KKTC-nin rum həmkarları ilə bərabərlik prinsipləri əsasında birgə işləmək istəyini nümayiş etdirir. Biz bütün maraqlı tərəflərdən, əsasən də rum kəsimindən müsbət yanaşma gözləyirik”, – baş nazir bildirib.

  •  (2)
  •  (0)