LDU-da yeni tədris ilində yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.backend

LDU-da yeni tədris ilində yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.

2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsinə  tələbə qəbulu planı təsdiqlənib.Təstiqlənmiş plana əsasən, bu il Lənkəran Dövlət Universitetinə 1520 plan yeri ayrılıb .Ayrılan yerlərin 1405-i əyani, 115-i qiyabi şöbənin payına düşür.

Ötən il olduğu kimi bu il də, ölkədə qeyri-neft sektorunun, əsasən də, kənd təsərrüfatının inkişafı üçün vacib olan ixtisaslar üzrə tələbə qəbulu dövlət hesabına aparılacaq. LDU-da  bu il yalnız  dövlət hesabına qəbul  keçiriləcək  ixtisaslar aqronomluq, baytarlıq,bitki mühafizəsi,meşəçilk,torpaqşünaslıq və aqrokimya olacaq.

Bu ilki qəbul planında  əsas diqqətçəkən məqam,  bir sıra yeni ixtisasların qəbul planına salınmasıdır. Belə ki, müsiqi müəllimliyi, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və loqistika, bitki mühafizəsi  yeni ixtisaslardır.

Bu  ixtisasların qəbul planına daxil edilməsi  ixtisaslı kadrlara olan tələbatla bağlıdır. Belə ki, regionlarda fəaliyyət göstərən musiqi məktəblərini ixtisaslı kadrlarlara olan ehtiyacı müsiqi müəllimliyi  üzrə tələbə qəbulunu zəruri edir.Həmçinin,  kənd  təsərrüfatının inkişafı bitki mühafizəsinin təşkilindən asılı olduğuna görə, bu sahədə olan mütəxxəssislərə də ciddi ehtiyac  var.Beynəlxalq ticarət və loqistika ixtisasında kadrlara ehtiyac da  dövrün sifarişidir.

2020/2021-ci tədris ili üçün təstiqlənən  Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu planında da  yenilklər var. Qeyd edək ki, bu il magistratura səviyyəsinə 24 ixtisas üzrə 184 yer ayrılıb. Bütün ixtisaslar üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq mümkündür. Dövlət hesabına təhsil almaq üçün DİM-nin bu məqsədlə təyin etdiyi minimal bal həddi keçilməlidir.

Bu il LDU-da  ilk dəfə olaraq 6 yeni ixtisas üzrə magistr hazırlığı həyata keçiriləcək.  Biznesin idarə edilməsi, kompüter mühəndisliyi, ekologiya mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilk ixtisasları üzrə magistr hazırlığının bu ildən qəbul planına salınması aqrar sahədə elmi kadrlara olan tələbatdan doğur.

Dünyanı cənginə almış  koronovirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəran Dövlət Universitetində tədrisin yenilənməsi, müasir standartlaraq uyğun qurulması istiqamətində işlər ardıcıl  davam etdirilir. Yeni yaradılmış ixtisasların  tədrisi ilə bağlı maddi-texniki bazanın qurulmasına başlanılıb. Yeni laboratoriyaların alınması , fənn  kabinələrinin qurulması,  ixtisaslaşmış auditoriyaların, təcrübə sahələrinin yaradılması  diqqət mərkəzindədir.

İndi seçim sənindir, əziz dost! Tədrisin daim yeniləndiyi, modern islahatlara daim açıq olan, ən əsası-ancaq biliyin yeganə meyar olduğu bu ali təhsil ocağını seçmək  sənin şansındır !Bu şansını qaçırma!

Hokm.az

  •  (1)
  •  (1)