LDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilirbackend

LDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

Koronovirus (COVİD-19) pandemiyası səbəbilə Lənkəran Dövlət Universitetində (LDU) aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir. Dərslərin keyfiyyətində və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir.

Hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3 minə yaxın istifadəçi internet üzərindən yayımlanan şəxsi kabinetlərində yerləşdirilmiş audio-video tədris materiallarından aktiv istifadə edir, müəllimlərin şəxsi təşəbbüsü ilə onlayn dərslərə çəlb olunurlar.

Tələbələrlə videokonfranslar yaratmaqla mühazirələr təşkil olunur, onlara ev tapşırıqları verilir, tələbələrin şəxsi kabinetlərində yerləşdirilmiş digər dərs materialları – sillabus, mühazirələrdən istifadənin sistemləşmiş qaydada aparılmasına xüsusi diqqət yetirilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.

  •  (3)
  •  (1)