Lavrov və Mirzoyan Qarabağ razılaşmalarının icrasını müzakirə ediblərbackend

Lavrov və Mirzoyan Qarabağ razılaşmalarının icrasını müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Hokm.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Qarabağa dair bəzi məsələlər üzrə fikir mübadiləsi aparıblar. Həmçinin, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını, “3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.
  •  (0)
  •  (0)