Lavrov Türkiyəyə səfər edəcək – Masada üç məsələ varbackend

Lavrov Türkiyəyə səfər edəcək – Masada üç məsələ var

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyunun 8-də hərbi nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək.

Hokm.az xəıbər verir ki, səfər zamanı iki ölkəni maraqlandıran məsələlər müzakirə ediləcək. Prioritetlər isə taxıl dəhlizinin yaradılması, Rusiya-Ukrayna müharibəsi və Suriyadakı proseslərdir.

Əldə eilən məlumata görə, Rusiya-Ukrayna müharibəsi səbəbindən limanlarda gözləyən taxılın Türkiyədən açılacaq dəhlizlə bazarlara çatması üçün müzakirələr mütəmadi olaraq aparılır.

Qeyd edək ki, Ukrayna limanlarında ixracı gözləyən 20 milyon tondan çox taxılın olduğu iddia edilir.

 

  •  (0)
  •  (1)