Lavrov: “Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur”backend

Lavrov: “Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur”

Dağlıq Qarabağda atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmalara tam əməl olunmur.
Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla görüşü zamanı deyib. O bildirib ki, ötən cümə və şənbə günləri azərbaycanlı nazirlə birgə danışıqlar keçirilib: “Prezident Vladimir Putinin təşəbbüsü ilə vacib razışlaşma əldə olunub. Biz görürük ki, bu razılaşmaya hələlik tam şəkildə əməl olunmur və döyüş əməliyyatları davam edir”. Nazir ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla təmasları Dağlıq Qarabağ tənzimlənməsi üzrə Moskvada üçtərəfli formatda şənbə gecəsi əldə olunmuş razılaşmaların tam icrasına xidmət edəcək.
  •  (1)
  •  (2)