Lavrov Qarabağ razılaşmalarının əsas nəticəsini açıqladı – Həmsədrlər regiona gəlirbackend

Lavrov Qarabağ razılaşmalarının əsas nəticəsini açıqladı – Həmsədrlər regiona gəlir

“Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”.
Hokm.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: “Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq istəyirəm ki, hazırda orada vəziyyət sabitdir”.
Rusiya, ABŞ və Fransadan olan üç həmsədrin bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyünü deyən S. Lavrovun sözlərinə görə, görüşdə həmsədrlərin regiona səfərlərinin bərpası, Ermənistan və Azərbaycan nümayəndələri ilə yerində danışıqlar aparması, habelə Xankəndiyə səfər etmələri barədə razılıq əldə olunub.Qaynarinfo
  •  (1)
  •  (0)