Lavrov İrəvanda Azərbaycan-Ermənistan əlaqələri ilə bağlı vacib açıqlamalar verdi: “Başqa yol yoxdur”backend

Lavrov İrəvanda Azərbaycan-Ermənistan əlaqələri ilə bağlı vacib açıqlamalar verdi: “Başqa yol yoxdur”

“Bizdə ümumi anlayış var ki, proses gedir. Əlbəttə ki, prosesin daha sürətli templə getməsini istərdik. Lakin buna baxmayaraq, proses gedir, qısa müddət ərzində müsbət nəticələr əldə olunub”.

Hokm.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi haqda bildirib.

“Şübhə yoxdur ki, yekun razılaşma əldə olunacaq. Biz çalışırıq ki, buna hərtərəfli kömək edək. Əlbəttə ki, tərəflərin özünəməxsus baxışları var, hansı ki, heç də hər zaman üst-üstə düşmür. Lakin tərəfdaşlarımızın bir anlayışı var ki, ali səviyyədə qəbul olunan üç bəyanat aydın “yol xəritəsi”dir, hansı ki, biz hamımız bunları rəhbər tutmalıyıq”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın təsis iclasının baş tutmasından şad olduqlarını da bildirib.

Nazir xatırladıb ki, növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır.

“Biz üç ölkənin liderlərinin razılaşmalarına əsasən, məşvərətçi yardımı göstərməyə, o cümlədən kartoqrafik materialları təqdim etməyə hazırıq. Bu, konkret olaraq bu iş üçün çox vacibdir. Buna paralel olaraq, Baş nazir müavinlərinin rəhbərlik etdiyi Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrup əhəmiyyətli dərəcədə irəli gedib. Bu gün biz qalan digər məsələlərin nizamlanması ilə bağlı variantları müzakirə etdik. Əminəm ki, bu məsələlər yekunda həllini tapacaq. Ona görə də, əmin edirəm ki, Azərbaycan-Ermənistan əlaqələrinin tam normallaşmasından başqa yol yoxdur. Sülh sazişi Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə söykənir. Buna cavab olaraq Ermənistan tərəfi öz baxışını irəli sürüb. Bu iki sənəd nəzərə alınaraq proses gedir, hansı ki, biz vasitəçi, məşvərətçi və prinsipcə kömək edən tərəf kimi iştirak etməyə hazırıq”, – deyə Lavrov bildirib.Redaktor.az

  •  (0)
  •  (0)