“Lamborghini” şirkəti “Urus” modelinin 20 000-ci nüsxəsini buraxıb.
Hokm.az xəbər verir ki, avtomobil Azərbaycandan olan müştəriyə göndərilib.
“Urus” hazırda “Lamborghini” brendinin ən çox satılan modelidir. 2021-ci ildə 8 405 ədəd “Lamborghini” satılıb, bunun 60%-i “Urus” modelinin payına düşür.
Azərbaycana satılan “Urus”a gəlincə, avtomobil panoram formalı dam örtüyünə malikdir və “Viola Mithras” rəngindədir.
Azərbaycanlı alıcının adı açıqlanmır.Valyuata.az