Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu dəfn edilib.
Hokm.az-ın xəbərinə görə, şəhidlər Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və qəsəbə sakinləri iştirak edib.
16.00
















