Kürdəmirdə ailənin 6 üzvü xəstəxanaya çatdırıldı – BU SƏBƏBDƏNbackend

Kürdəmirdə ailənin 6 üzvü xəstəxanaya çatdırıldı – BU SƏBƏBDƏN

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 6-ya çatıb.

Hokm.az Report-a istinadən xəbər verir ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Bunlar Bakı sakinləri – 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı, 36 yaşlı İbrahimova Təravət Yasin qızıdır.

Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınının arxasındakı qoşquya çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)