Kürdəmirdə 22 yaşlı gənc məktəbin həyətində özünü asıbbackend

Kürdəmirdə 22 yaşlı gənc məktəbin həyətində özünü asıb

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şahbəyli kəndində qeydə alınıb.

Belə ki,1999-cu il təvəllüdlü Səfərov Əli Habil oğlu özünü kənd məktəbinin həyətində asaraq intihar edib.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (1)
  •  (1)