Kriptovalyuta bazarında NƏ BAŞ VERİR? – “Bitcoin” qiymətləri yüksəldibackend

Kriptovalyuta bazarında NƏ BAŞ VERİR? – “Bitcoin” qiymətləri yüksəldi

“Bitcoin”, 22 sentyabrda 40 min dollar həddindən 45 min dollara qədər yüksəldikdən sonra bir həftə ərzində heç bir qiymət artımı müşahidə edilməmişdi. Əksinə bir qədər dəyər itirərək, 43 min həddinə qədər geriləmişdi. Amma deyəsən son 24 saat ərzində vəziyyət bir qədər dəyişib.

Hokm.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası? son 24 saat ərzində 0.5 faiz artaraq, 43 min 720 dollara yüksəlib. Ondan fərqli olaraq “Ethereum” 0.5 faiz dəyər itirərək, 3.008 dollara qədər geriləyib. Bu gün səhər isə 2,1 faiz qiyməti yüksələn “Binance Coin”, bazar dəyərinə görə ilk 10 kriptovalyuta arasında son 1 həftə ərzində dəyər qazanan yeganə pul olub. Ümumi olaraq “Binance Coin” 1 həftə ərzində 4.7 faiz artıb. Qeyd edək ki, bazarda ilk 100-ə daxil olan kriptovalyutalardan 71-nin qiymətində artım qeydə alınıb.

  •  (0)
  •  (0)