Kremldən Şuşaya atılmış “İsgəndər M”lə bağlı AÇIQLAMA GƏLDİbackend

Kremldən Şuşaya atılmış “İsgəndər M”lə bağlı AÇIQLAMA GƏLDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa “İsgəndər-M” raketlərinin atılması məsələsini rusiyalı həmkarı Vladimir Putinlə aprelin 1-də aparılmış telefon danışığında müzakirə etməsinə münasibət bildirib.
TASS bildirir ki, Peskov “İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi mövzusunun Rusiya və Azərbaycan hərbçiləri arasında davam edən “sıx dialoqda” müzakirə edildiyini deyib.
“Hərbçilərin xətti ilə sıx dialoq həyata keçirilir və onun gedişində bütün müvafiq suallar müzakirə olunur”,-Kremlin nümayəndəsi bildirib.Virtualaz.org
  •  (1)
  •  (2)