Kreml sözçüsü Lukaşenko və oğlunun öldürülməsi planından danışdıbackend

Kreml sözçüsü Lukaşenko və oğlunun öldürülməsi planından danışdı

Kreml Lukaşenkoya sui-qəsd planına münasibət bildirib.
Hokm.az-ın “İnterfaks”a istinadla məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Belarus prezidenti Aleksandr Lukaşenkoyaya sui-qəsd planının tamamilə destruktiv olduğunu deyib:
“Tamamilə konkret və destruktiv planların müzakirə edildiyinə şübhə yoxdur. Bunu tam əminliklə söyləmək olar”.
O, həmçinin  Rusiya prezidenti Vladimir Putinin ABŞ lideri Co Baydenlə telefon danışığında Belarusda dövlət çevrilişinə hazırlıq məsələsini müzakirə etdiyini də təsdiqləyib.
Xatırladaq ki, aprelin 17-də  Lukaşenko ona və övladlarına qarşı sui-qəsd planlaşdırıldığını bildirmişdi.Belarus prezidentinin dediyinə görə, onu aradan götürmək məsələsi ABŞ-ın ali rəhbərliyi tərəfindən təsdiqlənib.
O, həmçinin  qeyd etmişdi ki, Putin Baydenlə söhbəti zamanı sözügedən sui-qəsd cəhdilə bağlı sual versə də, cavab ala bilməyib.
Daha sonra Federal Təhlükəsizlik Xidməti (FTB) Moskvada Belarusda hərbi çevriliş planlaşdıran iki nəfərin həbs olunduğunu bəyan etdi. Qurumdan verilən məlumata görə, saxlanılanlardan biri ikili vətəndaşlığı olan Yuri Zyankoviç ABŞ və Polşadakı məsləhətləşmələrdən sonra Moskvaya gəlib. O, Belarus Silahlı Qüvvələrinin təmsilçiləri ilə görüşərək onları çevrilişdə iştirak etməyə razı salmağı planlaşdırırmış.

Dövlət Departamenti isə ABŞ-ın sui-qəsd cəhdində iştirakı ilə bağlı bəyanatı ağ yalan adlandırıb.Sfera.az

  •  (0)
  •  (0)