Kraliyyət gəlinləri ilə bağlı bilmədiklərinizbackend

Kraliyyət gəlinləri ilə bağlı bilmədikləriniz

Şahzadə Diana və Meqan Markl üçün kral ailəsinə aşiq olmaq bir nağılı gerçəyə dönməsi deyilə bilər.

Təbii ki, ingilis monarxiyasına qatılmaq hər ikisi üçün də qorxulu təcrübə sayılır. Meqan Oprah Uinfriyə müsahibəsində kral ailəsinin aktiv bir üzvü olaraq yaşadığı çətinliklərdən bəhs etdiyi zaman məşhur dostlarından böyük dəstək almışdı.

Öncü olaraq dünyadan erkən köçən Qaller şahzadəsi Diana tarixi “BBC Panorama” müsahibəsində Şahzadə Çarlzla sevgili və evli olduğu zamanlarda qarşılaşdığı çətinliklərdən bəhs etmiş, mübarizəsinə yer vermişdi. Təəccüblü olmasa da, Diana və Meqanın təcrübələri arasında xeyli bənzərlik var.

OLAY yazının davamında kral gəlinlərinin bu ailəyə yeni daxil olmuş üzvlər kimi eyni problemlərə toxunmaqları barədə örnəklər təqdim edəcək.

Hazır olmadığını hiss etmək!

Nəcib bir ailədə dünyaya gələn Diana şübhəsiz ki, ingilis monarxiyası ilə tanış idi. Amma heç bir şey onu Şahzadə Çarlzla evlənəndən sonra həyatının nə qədər dəyişəcəyinə hazırlamamışdı. Martin Başirə “BBC Panorama” müsahibəsi zamanı “Heç kim bir kağız verib “səndən gözlədiyimiz budur” demədi” kimi açıqlama vermişdi. O, daha sonra “Amma yenə də missiyamı tapdığım üçün yetərincə şanslıyam və bunun fərqindəyəm”, – deyə, əlavə edib.

Meqan isə kral qanını daşıyan biriylə evləndiyi zaman ilk başlarda özünü ondan aşağı gördüyünü açıqlayıb. Şahzadə Herri ilə birlikdə Opraha müsahibəsində “Kral ailəsi haqqında bir şey öyrənərək böyümədiyim üçün bu ailəyə şüursuzca daxil oldum. Evimizdə müzakirə etdiyimiz və izləyidimiz bir şey deyildi” sözlərini işlətmişdi.

Ailəyə uyğun yaşam!

Kral ailəsinin protokolları Diana və Meqan üçün heç vaxt bitmədi. Başlarda qəlibə uymağa çalışsalar da, sonradan özlərinə olan hörməti daha ağır gəldi.

Meqan bu mövzuyla bağlı belə bir açıqlama vermişdi:

“Hər şeyi fərqli edirəm, çünki qaydalarla uzlaşmıram. Beynimlə yox, qəlbimlə hərəkət etirəm, nə qədər başım bəlalar çəksə də, bunu seçirəm”.

Kraliyyət statusundan çıxmaq!

Həm Diana, həm də Meqan kral ailəsinə uyğun olmayan hərəkətlər etməyəndə bir çox şeydən kənarlaşdırıldı, ancaq təkcə kral ailəsi ilə yox, başqaları ilə də münasibət qurmaqda qərarlı idilər. Diana 1994-cü ildə “The Times” qəzetinin redaktoru Piter Stoharda “Monarxiyanın insanlarla sıx bağlı olması həyati önəm daşıyır. Etməyə çalışdığım budur” fikirləri ilə diqqət çəkmişdi.

Meqan da ilk kralliyət turu zamanı “Burada sadəcə kral ailəsinin bir üzvü olaraq yox, bir qadın, bir həyat yoldaşı və bacınız olaraq yer alıram”, – deyə, söyləmişdi.

Mükəmməl cütlük olmaq!

Sevmək gözəldir, amma hər kəsin gözü qarşısında sevməyin bir çox dezavantajı mövcuddur. Diana bu durumu “Cütlük kimi media basqısı üzərimizdə idi və biz səhv başa düşüldük” sözləri ilə izah etmişdi.

Meqanı dostları çıxa biləcək xəbərlərə qarşı tənbeh etmişdi. Markl Şahzadə ilə tanış olduğu ilk zamanlarda dostlarının onun adına sevindiyini, lakin ayrılmasını istədiklərini söyləmişdi. Onların “İngilis mediası həyatını məhv edəcək” dediklərini bildirmişdi.

Toylarının hər kəsə açıq nümayişi…

Kral ailəsində evliliklər daim xalqa açıq olub. Diana toy gününü bu sözlərlə yada salmışdı “St. Paul Katedralının dəhlizində yeridiyim gün şəxsiyyətimin məndən alındığını hiss etdim. Kraliyyət tərəfindən ələ keçirildim”.

Meqan isə  “Həqiqətən hazır olduğum bir təcrübəni yaşamaq kimi idi. İkimiz də bu günün yalnız bizim üçün deyil, bütün dünya üçün özəl olduğunu bilirdik” sözlərini demişdi.

Gizlilik əskikliyi ilə mübarizə…

Həm Diana , həm də Meqan kral ailəsinin üzvü kimi gizlilik əskikliyi yaşadı. Diana bir müsahibəsində “İnsanların niyə bu qədər maraqlandığını anlamaq çox vaxtımı aldı. İllərlə özünü vitrində duran və yaxşı satılan bir məhsul kimi görürsən, insanlar sənin üzərindən çox pul qazanırlar” ,- deyə bildirmişdi.

Meqan mübarizə aparmalı olduğu xalqın reaksiyası və məhrəmiyyətin pozulması mövzusunda təəccübləndiyini paylaşmışdı.

Media yoxlanışı…

Diana medianın marağını kraliyyət ailəsinə qatılmağın ən qorxuducu tərəfi kimi ifadə etmişdi. O, “Hər gün qəzetlərdə görünürəm. Bu təcrid olunmuş kimi bir təcrübədir” sözlərini demişdi.

Meqanın irqlə bağlı açıqlamaları, medianın ona olan marağını daha da artırdı. Harrinin ailəsinin bir üzvü “Hamımız kobud şeylərlə mübarizə aparmaq məcburiyyətində qaldıq” deyəndə Meqan “İrqçilik və kobudluq eyni şeylər deyil” sözlərini demişdi.

Hamilə və zadəgan olmağın çətinlikləri.

Hamiləlik həyəcanverici, əndişəli və emosional ola bilər. Ancaq Diana və Meqan  üçün uşaqlarını daşıyarkən müəyyən şəkildə davranmağın gətirdiyi çətinliklər də var idi.

Diana o dövr üçün “Sanki hər kəs məni hər gün izləyirdi”, – deyə bildirmişdi.

Meqan ilk hamiləliyi zamanı medianın marağının ona təsir göstərdiyini demişdi.

Psixoloji sağlamlıq…

Diana doğuşdan sonra psixoloji problemlər yaşadığını açıqlamışdı. O zamanlar müalicə aldığını, kral ailəsinin isə dəstək vermədiyini demişdi. Şahzadə “Bəlkə də bu ailədə depressiyaya düşən ilk insan mən idim. Bu qorxuducu idi”, – deyə bildirmişdi.

Meqan ilk hamiləliyi zamanı intiharı belə düşündüyünü açıqlamışdı. Həmin dövrdə bunu açıqlamaqdan çəkindiyini bildirmiş, Harriyə söyləməyə utandığını demişdi. “Amma deməsəm, edəcəyimi bilirdim. Artıq həyatda olmaq istəmirdim”, – deyə Markl vurğulamışdı.

Uşaqları üçün istəkləri…

Hamiləlikləri zamanı qarşılaşdıqları çətinliklərə baxmayaraq Diana və Meqan sevgi dolu ana oldular. Diana Harri və Uilyamın bugünkü hallarını görməsə də, onlar üçün ümidləri çox idi. “İnsanların duyğularını, güvənsizliklərini, sıxıntılarını, ümidlərini anlamalarını istəyirəm” sözləri ilə oğullarını gələcəkdə necə görmək istədiyindən danışmışdı.

Meqan isə Arçi və Lilibet üçün ən yaxşısını istəyir. Bu dünyayı onlar üçün necə ən yaxşı hala gətirə biləcəyini düşünür.

 

  •  (0)
  •  (1)