Kralın böyük qardaşı dünyasını dəyişdibackend

Kralın böyük qardaşı dünyasını dəyişdi

Səudiyyə Ərəbistanı kralı Salmanın böyük qardaşı, şahzadə Bander ben Əbdül Əziz Əl Saud 95 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “SPA”ya istinadən xəbər verir ki, bu barədə kral sarayı məlumat yayıb. Şahzadə ilə vida mərasimi Məkkədə “Məscid Əl-Haram”da keçiriləcək.

Qeyd edək ki, 1923-cü ildə anadan olan Bander ben Əbdül Əziz öz şəxsi istəyi ilə krallıqda heç bir rəsmi postu tutmayıb. O, uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.

Hokm.az

  •  (0)
  •  (0)