Kraliçanın qolbaqları 6 milyona satılacaq – FOTObackend

Kraliçanın qolbaqları 6 milyona satılacaq – FOTO

İngiltərənin məşhur hərrac evi “Christie’s” Fransanın inqilabdan əvvəl son kraliçası Mariya Antuanettaya aid iki almaz bilərziyi noyabrın 9-da hərraca çıxaracaq.

Hokm.az unikal.org-a istinadən xəbər verir ki, üzərində 112 brilyant olan qolbaqların dəyərinin 4 milyon dollar (təxminən 6 milyon 796 min manat) olduğu bildirilib.

Aksesuarlar 150 karatdır. İkisi bir araya gətirilərək boyunbağı kimi də istifadə oluna bilər.

  •  (0)
  •  (0)