Kral İlham Əliyevə məktub yazdıbackend

Kral İlham Əliyevə məktub yazdı

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hokm.az-ın məlumatına görə, məktubda deyilir:

“Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram”.

  •  (0)
  •  (0)