Bu gün Kosova parlamentində Çernoqoriya ilə dövlət sərhədi ilə bağlı sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar gözyaşardıcı qaz püskürdüblər.
Hokm.az-nın məlumatına görə, bu barədə Kosova Televiziyası məlumat yayıb.
Müxalif deputatların məqsədi 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmaq olub. Nəticədə deputatlar iclas zalını tərk edib, gözyaşardıcı qazın təsirinin azalmasını gözləməli olublar.apa
















