Koronaya dərmandır: Eşidən-bilən ora qaçırbackend

Koronaya dərmandır: Eşidən-bilən ora qaçır

Dəvə südünün koronavirusa qarşı güclü qoruyucu olduğunu eşidən-bilən bu neməti əldə etməyə çalışır.

Dənizlinin Sarayköy bölgəsi dəvə sürülərinin saxlandığı yer kimi bilinir.

Hokm.az xəbər verir ki, bunu “sherg.az” “milliyət”ə istinadən yazıb. Sarayköydəki təsərrüfatlarda bəslənən dəvələrin südünə də bu səbəbdən son zamanlar tələbat xeyli artıb.

Hətta o dərəcədə ki, fermerlər sifarişləri çatdırmaqda çətinlik çəkir. Fermerlər dəvə südünə tələbatın 100-də 150 artdığını söyləyir. Dəvə südü hazıda Sarayköy fermerlərinin əsas gəlir mənbəyinə çevrilib. Südün litri 100 lirəyə satılır. Gündə 3 dəfə sağıcı maşınlarla sağılan süd Türkiyənin bir çox şəhərlərinə, həmçinin xarici ölkələrə də göndərilir.  Sarayköyün Sığma məhəlləsinin sakini, Raşit Durmaz 30 ildir dəvə yetişdirir, son 15 ildə isə dəvə südü istehsalı ilə məşğuldur. R.Durmaz deyir ki, 9 dəvəsi var. 1 dəvədən 2-3 litr süd əldə edir. Litrini 100 lirəyə satır.

İstanbul, Ankara, İzmir başda olmaqla Türkiyənin başqa şəhərlərinə də dəvə südü göndərir: “Yurd dışından bura tətilə gələnlər, gedərkən dəvə südünü qablara dldurub özləri ilə aparırlar. Hollandiya, Almaiya, Fransaya da dəvə südü ixrac edirik”. Dəvə südünün şəfa qaynağı olduğunu deyən R.Durmaz “koronavirus dönəmində dəvə südünə tələbat çox artıb. Sifarişləri yrinə ytirməyimiz çətinləşib, çatdıra bilmirik. Orqanizmi möhkəmləndirir deyə, hər kəs əldə etməyə çalışır, sifarişlər çoxalır.  Alıcılar inciməsin deyə, siyahı tərtib etmişik, hər kəs növbəsini gösləyir ” , söyləyir.  Dəvə südünün bir başqa istehsalçısı Ahmet Bulanık isə “bu süd bədənimizin müqavimətini gücləndirir. Ona görə də tələbat çoxdur. Tələbatı ödəmək çətindir, çünki dəvələr inəklər kimi çox süd vermir. Biz südləri 18 dərəcədə dondurub, sifarişləri yerinə yetirməyə çalışırıq”, deyir.

  •  (0)
  •  (0)