Koronavirusun vaksini BU VAXT hazır olacaq – Trampdan PROQNOZ…
ABŞ prezidenti Donald Tramp koronavirus peyvəndinin nə zaman hazır olacağı barədə proqnoz verib.
Hokm.az-ın 7News.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə o, “Fox News”un efirində danışıb.
Onun sözlərinə əsasən, amerikalı mütəxəssislər bu ilin sonunadək yeni koronavirusa qarşı peyvəndi hazır edəcəklər.
“Biz bunun üzərində fəal işləyirik” – deyə Tramp vurğulayıb.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçinin sözlərinə əsasən, prezident administrasiyası 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvənd hazırlamağı planlaşdırır, lakin buna zəmanət vermir.
















