Koronavirusun “Mu” ştammı nə dərəcədə təhlükəlidir?backend

Koronavirusun “Mu” ştammı nə dərəcədə təhlükəlidir?

Son məlumatlara görə, koronavirusun yeni yaranmış “Mu” ştammında yoluxuculuq və ölüm halı “Delta” ilə müqayisədə azdır.

Hokm.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, bu ştamm hazırda geniş araşdırılır: “”Mu” ştammı hazırda dünyanın 39 ölkəsində yayılmaqdadır. Bu ştamm barədə hələlik ətraflı məlumat yoxdur. Virusu sadəcə olaraq Ümumdünya Səhiyyə Təşkilatı izlənən variantlar siyahısına salıb. Hələ ki, tədqiqatlar aparılır. Güman edilir ki, “Mu” ştammına yoluxma faizi hələ azdır. Amma bir sıra ölkələrdə bu ştamma yoluxmanın daha yüksək olduğu özünü büruzə verir. Məsələn, Kolumbiyada ümumi yoluxanların təqribən 39 faizini “Mu” ştammına yoluxanlar təşkil edir. Həmçinin buna yoluxanlar arasında orta yaşlılar və gənclər də var. Amma xəstəlikdən ölüm halının yüksək olması barədə hər hansısa bir mlumat yoxdur. Yəni, yoluxuculuq və ölüm nisbətinə görə “Delta”dan aşağıdır”.

İnfeksionist Nigar Əliyeva isə yeni ştammın ölkəmizə gəlmə riskinin mümkün olduğunu deyib:

“Bu ştam ilk olaraq Kolumbiyada aşkarlanmışdı. İlk aşkarlandığı dövrdə yayılma sürəti bu günə nisbətən daha kiçik rəqəmlərlə göstərilirdi. Təbii ki, bu ştammın Azərbaycana da gəlməsi qaçılmazdır. Yeni ştammın kliniki əlamətləri və gedişatı haqqında danışmaq çox tezdir. Çünki hələ araşdırmalar gedir. Son qərarı ÜST verəcək. Biz ümid edirik ki, yeni ştammlar yarandıqca ölüm halları azalacaq. Çünki vaksinasiya prosesi öz növbəsində həm də yeni yaranan ştammların zəifləməsinə xidmət edir”.

  •  (0)
  •  (1)