Çinin Vuhan şəhərində meydana gələn və bu günə qədər 1869 nəfərin ölümünə səbəb olan koronavirusdan bu dəfə həkim Liu Zhiminq də dünyasını dəyişib.
Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, Lui koronavirusu ilk aşkar edən xəstəxananın direktorudur. Bildirilir ki, koronavirusun son qurbanı Vuhandakı “Vuchanq” xəstəxanasının direktoru olub. Bu gün yerli vaxtla səhər saat 10:30 radələrində Liu vəfat edib. Lui virusla mübarizədə sağlamlıq mərkəzinin əsas rol oynayan ən nüfuzlu adlarından biri olub.

30 dekabrda koronavirus səbəbiylə həmkarlarına xəbərdarlıq edən həkim, buna görə polis tərəfindən ictimai asayişi pozmaqda günahlandırılıb.
















