Koronavirusun “Delta” ştamı uşaqlar arasında da geniş yayılıb”backend

Koronavirusun “Delta” ştamı uşaqlar arasında da geniş yayılıb”

“Koronavirusun “Delta” variantına ölkəmizdə də rast gəlindikdən sonra yoluxma sayında artım müşahidə olunur. Yoluxmanın bu tempdə artması bununla da əlaqəlidir”.
Bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov bildirib.
İnfeksionist qeyd edib ki, “Delta”nın bəzi əlamətləri adi qriplə eyni olduğu üçün bu da bəzən həkimləri çaşdırır:
”Əvvəlkilərə nisbətən “Delta” ştamının yoluxdurma qabiliyyəti daha yüksəkdir. Ümumiyyətlə, yeni yaranan ştamların əvvəlkilərlə müqayisədə yoluxdurma qabiliyyəti iki dəfə çoxdur. Bəzi əlamətləri adi qriplə eyni olduğu üçün bu da bəzən həkimləri çaşdırır. Zökəm əlamətləri, ümumi zəiflik, ürəkbulanma, qusma, ishal halları müşahidə olunur. Bu da kəskin resperator infeksiyalar kimi qiymətləndirilir. Amma temperatur qripdə qısamüddətli olur, bunda isə uzun müddət özünü göstərir”.
İlham Bayramov son günlər uşaqlar arasında yayılan xəstəliklərə də münasibət bildirib:
“Son günlər uşaqlar arasında da bu cür əlamətli xəstəliklər yayılıb. Bildiyimiz kimi “Delta” ştamı uşaqlar arasında daha sürətlə yayılır və hazırki uşaqlar arasında yayılan bu xəstəlikdə “Delta”nın əlamətləri var. Mədə-bağırsaq pozuntusu, ürəkbulanma, qusma, ishal ilə özünü göstərir. Bu həm də yay ayıları və kəskin istilərin olması ilə də əlaqəlidir, çünki yay aylarında uşaqlar arasında bu cür xəstəliklər əvvəllər də müşahidə olunub”.
  •  (0)
  •  (0)