Koronavirusun daha bir mutasiyaya uğramış variantı aşkarlandıbackend

Koronavirusun daha bir mutasiyaya uğramış variantı aşkarlandı

Afrikanın ən böyük əhalisinə sahib olan Nigeriyada koronavirusun mutasiyaya uğramış yeni versiyasına rast gəlinib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.

Onun sözlərinə görə, bu variant Britaniya və Cənubi Afrikada rast gəlinən versiyalardan fərqlənir.

Virusun bu variantının hansı xüsusiyyətlər daşıdığı hələ ki məlum deyil.

Mərkəz İnfeksion Xəstəliklərin Genetikası Mərkəzi ilə birgə mutasiyaya uğramış virus üzərində daha dəqiq araşdırmalar aparacaq.

  •  (0)
  •  (1)