Koronaviruslu qadın dənizə gəldi, “ölmək istəmirəm” deyə qışqırdı – FOTObackend

Koronaviruslu qadın dənizə gəldi, “ölmək istəmirəm” deyə qışqırdı – FOTO

Türkiyənin Antalya şəhərinin dünyaca məşhur Konyaaltı sahilində qızı ilə dənizə gələn qadın ağlayaraq qışqırmağa başlayıb.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, dənizə gələn qadın “ölmək isdəmirəm” deyə qışqırmağa başlayıb.
Ətrafdakı insanlar qadının ağladığını görüb yanına gediblər. Dilek Muratoğlu adlı qadın həmin adamlara koronavirus olduğunu və ölmək istəmədiyini deyib.
Qadının tez-tez yerə tüpürməsindən narahat olan ətrafdakı insanlar həmin ərazidən uzaqlaşaraq polisə xəbər ediblər.
Qızının yanında zaman-zaman ağlayan qadın “ölmək istəmirəm, gözəl günlər görmək istəyirəm ” ifadələrini işlədib.
Sahildə tətil edənlərin bəziləri ərazidən uzaqlaşarkən bəziləri də heç fikir vermədən günəşləniblər. Sahildəki tibb işçiləri Dilek Muratoğlu və qızına yaxınlaşaraq onları təsəlli etməyə çalışıblar. Onlar qadının əlindən tutaraq təcili tibbi yardıma götürüblər.
Ətrafdakıların bəziləri isə həmin anları görüntüyə alıblar:
  •  (1)
  •  (0)