Koronavirusla bağlı XƏBƏRDARLIQ: Yeni ana olanlar diqqətli olmalıdır – VİDEObackend

Koronavirusla bağlı XƏBƏRDARLIQ: Yeni ana olanlar diqqətli olmalıdır – VİDEO

Uzun müddətdir bəşəriyyətin bəlasına çevrilən koronavirus artıq yeni doğulan uşaqları təhlükə ilə üz-üzə qoyur.

Bu barədə “Xəzər Xəbər”ə danışan Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyib.

T.Həsənova qeyd edib ki, koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil. Onun sözlərinə görə, əvvəllər demək olar ki, yeni doğulmuşlar arasında virusa yoluxma yox dərəcəsində idi. Yeni ştammların yoluxuculuq qabiliyyəti yüksək olduğuna görə uşaqlarda virusa yoluxma riskini artırır.

O, yeni ana olan qadınları uşaqlara qida verərkən diqqətli olmağa çağırıb.

Həkim əlavə edib ki, hazırda yeni doğulan uşaqlarda koronavirusa yoluxma halları kütləvi xarakter daşımır.

Daha ətraflı süjetdə:

  •  (0)
  •  (0)