Koronavirusla bağlı SOS: Bunu etsəniz vəziyyətiniz daha da AĞIRLAŞA BİLƏRbackend

Koronavirusla bağlı SOS: Bunu etsəniz vəziyyətiniz daha da AĞIRLAŞA BİLƏR

Koronavirusa qarşı aparılan müalicə zamanı bəzi dərmanlardan imtina etmək lazımdır. Belə dərmanlar əlavə ağırlaşmaya səbəb ola bilir.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Cincinnati Uşaq Xəstəxanasının həkimi Coşua Şafftsin məlumat verib.

O bildirib ki, COVID-19-ə yoluxma zamanı loperamid ilə antidiareal dərman qəbul etməyi dayandırmaq məsləhət görülür. Həqiqət budur ki, bu cür dərmanlar səbəbi ilə bağırsaqların işi ləngiyir və bu da orqanizmi bakteriya və iltihabdan təmizləməyə mane olur.

Həkim inhalatorlardan imtinanı da tövsiyə edir. Onun sözlərinə görə, astma olmadığı təqdirdə istifadə edilməməlidir, çünki ürəyə zərər verə bilər.

Bundan əlavə, fenilafrin olan hər hansı bir dərman ürək xəstəliyi üçün təhlükəli ola bilər. Bu aktiv maddə bir çox burun spreyi içərisindədir. Mütəxəssisin fikrincə, bu, xüsusilə yüksək qan təzyiqi olan insanlar üçün təhlükəlidir.

  •  (1)
  •  (0)