Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd…backend

Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ — Peyvənd…

Çin alimləri tərəfindən COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

“Hokm.Az” APA-ya istinadən bildirir ki, nəticələr ümidverici olub.

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.<ins’></ins’>

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.

  •  (4)
  •  (5)