Koronavirusla bağlı BİLMƏDİKLƏRİMİZ:1 ay yaşayır…backend

Koronavirusla bağlı BİLMƏDİKLƏRİMİZ:1 ay yaşayır…

Koronavirusla bağlı BİLMƏDİKLƏRİMİZ:1 ay yaşayır…

Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, koronavirus bir insandan digərinə yoluxmanın ilk həftəsində daha çox keçir.

Qalan zamanlarda isə koronavirusun təsiri xeyli zəifləyir.

Bu barədə Honq-Konq mikrobiolıqları bildirib. Mütəxəssislər 35-75 yaş arasında 23 nəfər üzərində araşdırma aparıb. Məlum olub ki, COVİD-19 insan orqanizmində bir aya qədər yaşayır.

“The South Morning China Post” yazır ki, insandan insana yoluxma daha çox koronavirus özünü aydın biruzə verdiyi dövrə qədər olur: “Virus orqanizmdə bir aya qədər yaşaya bilir. Hətta xəstənin formal sağalmasından sonra da yoluxucu xüsusiyyətini saxlayır”.

Araşdırmada iştirak edənlərdən üçdə birinin orqanizmindən virus ən azı 20 gündə xaric olur.

Xatırladaq ki, son rəqəmlərə görə, dünyada 414 min nəfər yoluxub. 18 minə yaxın insan vəfat edib.

  •  (0)
  •  (0)