Koronavirusa yoluxmanın kəskin azalmasının səbəbi bəlli oldu-VACİB AÇIQLAMA gəldibackend

Koronavirusa yoluxmanın kəskin azalmasının səbəbi bəlli oldu-VACİB AÇIQLAMA gəldi

Məlumdur ki, son günlər koronavirusa yoluxma rəqəmləri kəskin azalıb. İnsanlar rəqəmlərin azalması məsələsinə fərqli yanaşırlar. Yəni azalma tendensiyasının olmasını karantin şərtləri ilə deyil, daha çox test saylarının az götürülməsi, süni azaldılma ilə əlaqələndirirlər.

Ötən günün statistikasında yeni yoluxanların sayı 1505 nəfər, ölənlərin sayı 43 nəfər təşkil edib. Qeyd edək ki, yoluxmanın azalması ilə yanaşı, ölüm saylarının da çoxalması məsələnin mahiyyətini önə çəkən məqamlardandır.

Həqiqətən, rəqəmlər süni azaldıla bilər?

Hokm.az bildirir ki,b ununla bağlı Sonxeber.az-a həkim- uroloq Vasif İsmayıl danışıb:

“Mənim müşahidlərim onu göstərir ki, yoluxma sayı həqiqətən də azalıb. Məncə bu məsələdə insanlarımız ayıq- sayıqlığını qorumalıdır. Çünki vəziyyət azalmağa doğru getsə də, hələ də risk faktoru qalmaqdadır. İnsanlar avantürist fikirlərin arxasınca getməsinlər. Belə fikirlərə rəğbət etsələr belə, həmişə
qorusunlar”.

  •  (0)
  •  (0)