Koronavirusa yoluxan Vilyam Hacıyevdən XƏBƏR VARbackend

Koronavirusa yoluxan Vilyam Hacıyevdən XƏBƏR VAR

Koronavirusa yoluxaraq Mərkəzi Gömrük Hospitalına köçürülən İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti normallaşıb.

Ədliyyə Nazirliyindən Hokm.az-a bildirilib ki, vəzifə cinayətlərinə görə DTX tərəfindən həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan o, Gömrük Hospitalında yerləşdirilərək orada müalicə alıb.

Artıq V.Hacıyev, tam sağalaraq penitensiar sistemə geri qaytarılıb.

  •  (0)
  •  (0)