Koronavirusa yoluxan tələbə qızın yataqxanadan cansız bədəni tapıldı – FOTObackend

Koronavirusa yoluxan tələbə qızın yataqxanadan cansız bədəni tapıldı – FOTO

Koronavirus testi pozitiv çıxan tələbə ölüb.

Hokm.az milli.az-a istinadla xəbər verir ki, koronavirus testi çıxdığına görə özünü hər kəsdən izolyasiya edən 20 yaşlı tələbənin yataqxanadan cansız bədəni tapılıb.

Hadisə ABŞ-ın İndiana ştatında yerləşən Grace kollecinin yataqxanasında baş verib. 20 yaşlı Bethany Nesbittin ölümünə əsas səbəb ağciyər emboliyası olub. Belə ki, onun ciyərlərinə gedən damarlarının tıxanması səbəbindən qız dünyasını dəyişib.

Həkimlər düşünür ki, onun ölümü sırf koronavirusdan olmasa da, Covid-19 virusu onun damarlarının tıxanmasına, qanın dövrünün çətinləşməsinə səbəb olub.

Qızın valideynləri koronavirusa yoluxma statistikasının artması ilə əlaqədar olaraq digər valideynləri daha diqqətli olmağa, övladlarını xəstəlikdən qorunmağa səsləyib

  •  (0)
  •  (0)