Koronavirusa qarşı peyvənd ölkəmizə nə vaxt gətiriləcək? – TƏBİB-dən açıqlamabackend

Koronavirusa qarşı peyvənd ölkəmizə nə vaxt gətiriləcək? – TƏBİB-dən açıqlama

“Bu gün üçün əsas payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.

Hokm.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: “Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI təşkilatından alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.

  •  (0)
  •  (1)