Koronavirus xəstəsi aparan təcili yardım maşını qəzaya düşdü: Xəsarət alanlar varbackend

Koronavirus xəstəsi aparan təcili yardım maşını qəzaya düşdü: Xəsarət alanlar var

Şəkidə təcili tibbi yardım maşını qəzaya düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Şəkinin Salman Mümtaz küçəsində baş verib.

Belə ki, Qax Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım maşını ZİL markalı yük avtomobili ilə toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfərin xəsarət alıb. Xəsarət alanlardan biri koronavirus xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)