Koronavirus xəstələrini müalicə edən həkimin FACİƏLİ SONUbackend

Koronavirus xəstələrini müalicə edən həkimin FACİƏLİ SONU

Koronavirus xəstələrini müalicə edən həkimin FACİƏLİ SONU…

Nyu-York şəhər xəstəxanası təcili yardım şöbəsinin müdiri 49 yaşlı Lorna Brin koronavirusa yoluxandan sonra özünü öldürüb.

Hokm.az Lent.az-a istinadla xəbər verir ki, həkim Brin koronavirusa yoluxan pasientlərin müalicəsi zamanı psixoloji travma alıb və psixoloji təzyiqin öhdəsindən gələ bilməyib.

COVID-19-a yoluxan həkim Brin Virciniya ştatının Şarlotsvill şəhərindəki valideynlərinin evinə köçüb. İki gün müalicədən sonra özünü yaxşı hiss edib və Nyu-Yorkdakı işinə qayıtmaq istəyib. Ancaq həmkarları onu gücünü bərpa etmək üçün yenidən evə yollayıblar. Pandemiya üzündən psixoloji təzyiqin öhdəsindən gələ bilməyən həkim Brin özünü öldürüb.

Atasının sözlərinə görə, onun pasientlərindən bəziləri qəbul şöbəsini tərk etmədən ölüblər.

Son aylar minlərlə tibb işçisi koronavirusa yolxaraq vəfat edib. Onların bir neçəsi gərginliyə tab gətirməyərək intihar edib. Onların arasında italiyanın monsa şəhərindən olan 34 yaşlı tibb bacısı daniela tressi də var.

  •  (0)
  •  (0)