Koronavirus pasportu da ləğv olunacaq – AÇIQLAMAbackend

Koronavirus pasportu da ləğv olunacaq – AÇIQLAMA

Bu gündən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Artıq ölkədaxili uçuşlar zamanı da sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Maraqlıdır, PCR testinin ləğvi koronavirusa yoluxma sayına hansısa formada təsir edə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Mərdan Əliyev PCR testinin bir neçə ölkədən gələn turistlərə tətbiq edilə biləcəyini deyib:

“PCR testinin ləğv edilməsinin yoluxma sayına təsiri olmayacaq. Artıq dünya üzrə koronavirusa yoluxmada azalma var və risk göstəriciləri yüksək deyil. Yalnız müəyən ölkələr var ki, həmin ölkələrdən gələn əcnəbiləri müayinələrdən keçirmək, yaxud iki həftəlik karantin rejimində saxlamaq olar. Avropa ölkələrindən gələn turistlərin isə yoluxma ehtimalının yüksək olacağını düşünmürəm. Çində hazırda koronavirusa yoluxma sayı yüksəkdir və oradakı insanlarda immunitet formalaşmayıb. Ona görə Çindən gələn şəxslərə ciddi nəzarət tətbiq edilməlidir”.

Həkim yaxın zamanlarda koronavirus pasportunun da ləğv edilə biləcəyinə diqqət çəkib:

“Artıq yaxın vaxtlarda koronavirus pasportu da öz aktuallığını itirəcək. Bir çox ölkədə karantin qaydalarının ləğvi və yoluxma dinamikası bunu deməyə əsas verir. Yalnız payız fəslinə doğru koronavirusa yoluxmada artım ola bilər ki, bu da lokal xarakter daşıyacaq”.

  •  (0)
  •  (0)