Koronavirus pandemiyası bu ölkədə başa çatdı – Baş nazir ZƏFƏR elan etdibackend

Koronavirus pandemiyası bu ölkədə başa çatdı – Baş nazir ZƏFƏR elan etdi

Koronavirus pandemiyası bu ölkədə başa çatdı – Baş nazir ZƏFƏR elan etdi…

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern koronavirusa qarşı zəfər çaldıqlarını elan edib.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, ötən gün sadəcə 1 yoluxma faktının qeydə alındığını bildirən baş nazir pandemiyanın başa çatdığını vurğulayıb.

Başbakan koronavirüse karşı zaferi ilan etti: Savaşı kazandık

Ardern bu gün yerli vaxtla 11:59 etibarilə 4 həftə qüvvədə qalan “4-cü səviyyəli küçəyə çıxma qadağası”nın götürüləcəyini də qeyd edib.

Yeni qərarla birlikdə ölkə əhalisi həftəsonu balıq ovu, sörfinq, yürüş kimi aktiv fəaliyyətlərlə məşğul ola biləcək. 400 min işçi sabahdan etibarən işə qayıdacaq. Lakin restoran və kafelər bağlı qalmağa davam edəcək. Sosial məsafənin qorunması əsas şərt olacaq.

Statistikaya görə, Yeni Zelandiyada 1 469 nəfər koronavirusa yoluxub, onlardan 19-u dünyasını dəyişib. 1 180 nəfər sağalıb. 270 nəfərin müalicəsi davam edir.

 

  •  (0)
  •  (0)